• 21.08.2026

MƏHKUMLAR ÜÇÜN MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında cari il üzrə imzalanmış birgə tədbirlər planına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirilməsi istiqamətində görüşlər davam etdirilir.

4 və 5 saylı cəzaçəkmə müəssisələrində, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə və Lənkəran penitensiar müəssisəsində “Dinin insanın mənəvi inkişafındakı rolu”, “Mənəvi boşluq və onun fəsadları” mövzularında keçirilmiş növbəti tədbirlərdə Dövlət Komitəsinin məsul əməkdaşlarının çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.