ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN PSİXOLOQLARI ÜÇÜN TƏLİM KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərə uyğun olaraq, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində xidmətin təlim mərkəzində psixoloqların iştirakı ilə təlim təşkil edilib.
Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi tərəfindən “Penitensiar psixologiyada müasir yanaşmalar” mövzusunda keçirilmiş təlimin əsas məqsədi məhkum və həbs edilmiş şəxslərlə aparılan psixoloji yardım işinin keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmalar əsasında daha səmərəli qurulması olub.
Təlimdə mövzu ətrafında çıxışlar edilib, praktik nümunələr işlənilib, fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

