QADIN MƏHKUMLAR VƏ ONLARIN AZYAŞLI UŞAQLARI ÜÇÜN PSİXOLOJİ TƏLİM KEÇİRİLİB
Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının, onların sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyanın təmin edilməsi məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində azyaşlı övladları ilə birgə yaşayan qadın məhkumlarla görüş təşkil edilib.
Tədbirin əsas məqsədi məhkumlarla aparılan psixoloji yardım işinin keyfiyyətinin yüksəldilməsi, uşaqların psixi inkişafının və koqnitiv bacarıqlarının diaqnostikası, analar üçün maarifləndirmə işinin həyata keçirilməsi olub. O cümlədən uşaqlarla müxtəlif dəstəkləyici oyunlar təşkil olunub.

