• 12.09.2026

YETKİNLİK YAŞINA ÇATMAYAN MƏHKUMLAR ÜÇÜN TƏLİM KEÇİRİLİB.

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin  edilməsi, maarifləndirmə və tərbiyə işinin təkmilləşdirilməsi, onların sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyanın sürətləndirilməsi məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Penitensiar xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumlar üçün təlim keçirilib.

 “Yetkinlik yaşına çatmayan məhkumların sosial-psixoloji reabilitasiyası: cəmiyyətə reinteqrasiyası və sosial adaptasiya” mövzusunda keçirilmiş təlimdə ekspert tərəfindən çıxışlar edilib,  müzakirələr aparılıb, yeniyetmə məhkumları maraqlandıran suallar cavablandırılıb.