• 15.09.2026

VƏKİLLƏR TƏRƏFİNDƏN PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığa uyğun olaraq birgə tədbirlər davam etdirilir.

Növbəti dəfə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində 5 saylı cəzaçəkmə müəssisəsində və Lənkəran penitensiar müəssisəsində vəkillər tərəfindən 50 nəfərə yaxın məhkuma müxtəlif məsələlər ətrafında pulsuz hüquqi yardım göstərilib.