VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİ YAD EDİLİB
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin baş idarəsində 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.
Anım mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsinə həsr olunmuş film izlənilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz siyasi iradəsi, xalq, ordu və dövlət birliyi nəticəsində qazanılan Zəfərin milli iradənin və həmrəyliyin təcəssümü kimi tarixə yazıldığı qeyd edilib. Lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suveren hüquqlarımızın tam bərpa olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu şanlı Qələbənin əldə olunmasında canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi heç zaman unudulmayacaq.
Anım mərasimində Penitensiar xidmətdə işləyən şəhid ailələrinin üzvləri və müharibə veteranları iştirak ediblər.

