• 02.10.2026

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd " AKM 74" markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.