• 09.10.2026

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB.

Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müvafiq sərəncam, fərman və tədbirlər planlarının icrası istiqamətində işlərin həyata keçirilməsi, o cümlədən kadrların peşəkarlığının artırılması məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Penitensiar xidmətin 1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 54 nəfər əməkdaşın iştirak etdiyi növbəti təlimlər təşkil edilib. 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə cinayət mühakimə icraatı zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi” mövzusunda keçirilmiş təlimlərdə Ədliyyə Nazirliyinin məsul əməkdaşı tərəfindən mühazirə deyilib, mövzuya dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.