MƏHKUMLARA VƏKİLLƏR TƏRƏFİNDƏN PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam etdirilir.
Vəkillər tərəfindən növbəti dəfə 10 və 11 saylı cəzaçəkmə müəssisələrində 30 nəfərə yaxın məhkuma müxtəlif məsələlər ətrafında pulsuz hüquqi yardım göstərilib və müvafiq izahatlar verilib.

