ƏMƏKDAŞIMIZ DÜNYA ÇEMPİONATININ QALİBİ OLUB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşı ədliyyə çavuşu Nilufər Əliyeva Qırğız Respublikasının Çolpon-Ata şəhərində Şərq döyüş sənəti - hapkido idman növü üzrə keçirilmiş dünya çempionatında mübarizə apardığı çəki dərəcəsində rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıb.
Bu uğur münasibətilə əməkdaşımızı təbrik edir, ona xidmətdə və idman karyerasında uğurlar arzulayırıq.

