• 07.11.2026

MÜHAFİZƏ ALAYINDA ZƏFƏR GÜNÜ QEYD EDİLİB

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər Gününün altıncı ildönümü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında silsilə tədbirlər keçirilib.

Mühafizə alayında şəhid və qazi ailələrinin üzvü olan müddətli həqiqi hərbi xidmət keçən əsgərlər Zəfər Memorial Kompleksinə baş çəkib, Zəfər abidəsi önünə gül dəstələri düzüb, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirələrini yad ediblər. Əsgərlər Zəfər Muzeyi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Silsilə tədbirlər çərçivəsində Mühafizə alayı bölüklərinin əsgərləri arasında Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat və dama üzrə turnir də keçirilib, qaliblər mükafatlandırılıblar.