• 17.11.2026

HƏRBİ XİDMƏTƏ YENİ ÇAĞIRILMIŞ ƏSGƏRLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin psixoloqları Xidmətin Mühafizə alayında müddətli həqiqi-hərbi xidmətə yeni çağırılmış əsgərlərlə görüşüb. 

Görüşün keçirilməsində əsas məqsəd gənc əsgərlərin maarifləndirilməsi və fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi, o cümlədən ünsiyyət bacarığının inkişafı və vətənpərvərlik ruhunun daha da yüksəldilməsi olub.

Mövzular ətrafında əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.