• 01.03.2024

Birgə əməliyyat!

01.03.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Həsənov Niyaməddin Volodya oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası, 1 ədəd “UZRQM” partladıcı, 1 ədəd “MPT” markalı avtomatik tüfəng, 5,45 mm çaplı 8 ədəd avtomat patronu və 36 kalibrli 1 ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

 

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.