Mülki müdafiə günü münasibətilə tədbir keçirilib
01.03.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəsisəsində 1 mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə mülki müdafiənin anlayışı, fərdi mühafizə vasitələri, penitensiar müəssisələrdə mülki müdafiənin rolu, fərdi tibbi mühafizə vasitələri və onlardan istifadə qaydaları barədə məruzələr dinlənilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.