
Orxan Əziz oğlu Qasımov
Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru
Orxan Əziz oğlu Qasımov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2000-ci ildə magistr pilləsi üzrə bitirmişdir.
1999-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, 2000-ci ildən 2005-ci ilədək Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2005-2013-cü illərdə Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ və Xətai rayon icra şöbələrinin rəisi olmuşdur.
2013-cü ildən 2018-ci ilədək Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində işləmişdir.
10.09.2018-ci il tarixdə Ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2008-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ədliyyə general-mayorudur.
Rus və ingilis dillərində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.