
Nofəl Abbas Əli oğlu Əsədov
Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki
Nofəl Abbas Əli oğlu Əsədov 29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
2004-2005-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir.
2004-cü ildə Azərbaycan Texniki Universitetini, 2013-cü ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bakalavr dərəcəsi üzrə,
2016-cı ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini magistr dərəcəsi üzrə bitirmişdir.
2006-2023-cü illərdə müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.
20.09.2023-cü il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilmişdir.
Ədliyyə polkovnikidir.
Ailəlidir, 2 övladı var.