• 01.11.2024

HƏMKARIMIZIN 60 YAŞI TAMAM OLUR

Uzun illər Penitensiar xidmətdə rəhbər vəzifələrdə çalışmış Əməliyyat-rejim idarəsinin rəisi, ədliyyə polkovniki Fikrət Qafarov 60 illik yubileyini qeyd edir.

Hər zaman çətin və məsuliyyətli işinin öhdəsindən məharətlə gələn, tutduğu bütün vəzifələrdə yüksək peşəkarlıq nümayiş etdirən F.Qafarov dövlətə və dövlətçiliyə sədaqəti ilə daim seçilib.

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov polkovnik Fikrət Qafarovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Penitensiar xidmətin rəhbər və kollektivi ömrünün 60-cı baharına qədəm qoyması münasibətilə ədliyyə polkovniki Fikrət Qafarovu ürəkdən təbrik edir, ona cansağlığı və uzun ömür arzulayır.