• 22.11.2024

PENİTENSİAR XİDMƏTDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədovun salamını və təbrikini şəxsi heyətə çatdıraraq əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramının hər il Ulu Öndərə dərin minnətdarlıq hissi ilə qeyd olunduğu xatırlanaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirildiyi, infrastrukturun müasirləşdirildiyi nəzərə çatdırılıb. Ədliyyə orqanlarında aparılan ciddi və ardıcıl islahatların vahid dövlət siyasətinin formalaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

Tədbirin sonunda nazir müavini peşə bayramı münasibətilə xidmətdə fərqlənən bir qrup əməkdaşa hədiyyələr təqdim edib.