MÜHAFİZƏ ALAYINDA GƏNC ƏSGƏRLƏRLƏ SEMİNAR-TRENİNQ KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında Baş idarənin və alayın məsul əməkdaşlarının iştirakı ilə müddətli həqiqi-hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin psixoloji durumu, onlarla aparılan tərbiyəvi işin daim nəzarətdə saxlanılması məqsədilə seminar-treninq keçirilib.
Tədbirin əsas məqsədi gənc əsgərlərdə psixi gərginliklərin, davranışlarda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsi və vətənpərvərlik ruhunun daha da yüksəldilməsi olub.
Mövzular ətrafında əsgərlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.