MÜHAFİZƏ ALAYINDA SİLAHLI QÜVVƏLƏR GÜNÜ QEYD OLUNUB
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında şəxsi heyətin və müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ədliyyə Nazirliyinin rəhbərliyinin təbirikləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə Mühafizə alayının və Konvoy taborunun əməkdaşlarına xidmətdə fərqləndikləri üçün mükafatlar təqdim edilib.
Bayram münasibətilə Mühafizə alayında həqiqi hərbi xidmət keçən əsgərlər üçün incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Eyni zamanda, Silahlı Qüvvələr Günü münasibətlə Mühafizə alayının atıcılıq tirində tapançadan atəş üzrə yarış keçirilib. Yarışda iştirak edən xüsusi rütbəli əməkdaşlar və hərbi qulluqçular bacarıqlarını nümayiş etdiriblər, qalib gələn əməkdaşlar mükafatlandırılıblar.













