VƏKİLLƏR MƏHKUMLARA NÖVBƏTİ PULSUZ HÜQUQİ YARDIM GÖSTƏRİBLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslər üçün "İnsan Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib.
1 və 15 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 35 nəfərə yaxın məhkum qəbul edilib və onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.

